“Araz şahiddir” kitabının müzakirəsi

Məktəb-liseyin kitabxanasında Lətif Hüseynzadənin “Araz şahiddir” kitabının müzakirəsi keçirilmişdir. Müzakirəni giriş sözü ilə məktəb-liseyin direktoru A. Əsədov açaraq kitab haqqında geniş məlumat verdi. Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini S. Quliyeva Naxçıvanda “Araz-Türk Cümhuriyyəti” haqqında məlumat verdi. Ana dili və ədəbiyyat müəllimi K. Kərimova “Böyük türk sərkərdəsi Kazım Qarabəkir Paşa Naxçıvanda” bölməsi haqqında danışdı. Məktəb-liseyin kitabxanaçısı M. Məmmədova və psixoloq L.Həmidova kitab haqqında və mart soyqırımı haqqında məlumat verdilər.Müzakirələrdə VIII sinif şagirdləri İlona və İzel Mahmudova bacıları, İmranov Rəşid və Əliyeva Firəngiz çıxış edərək “Araz şahiddir” kitabı haqqında fikirlərini bildirdilər.“Araz şahiddir” kitabının müzakirəsi 31 mart azərbaycanlıların soyqırımı gününə həsr edilmişdir.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi