“Ölkəmizi tanıyaq” devizi altında növbəti maarifləndirici tur-aksiya

“Ölkəmizi tanıyaq” devizi altında növbəti tur-aksiya çərçivəsində 15-18 mart tarixlərində Bakı məktəbliləri Naxçıvan Muxtar Respublikasına səfər ediblər. Edilən səfərdə məktəb-liseyin XIc sinif şagirdi Ramazanzadə Hüseyn Vilayət oğlu iştirak edib. Ekskursiyada iştirak edən şagirdlər əvvəlcə Naxçıvan Şəhərinin baş meydanında Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra Heydər Əliyev adına muzeydə, Dövlət Xalça muzeyində, “Xan Sarayı”nda, Möminə Xatun türbəsində və Açıq Səma altında muzey kompleksi ilə də tanış olmuşlar. Daha sonra Şahbuz rayonunda yerləşən Batabat gölünü, Culfa rayonunda yerləşən Əlincə qalasını və Ordubad rayonunun tarixi yerlərini ziyarət etmişlər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi