Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar 261 nömrəli məktəb-liseydə tədbir keçirildi.

Məktəb kollektivi Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar “Xocalıya ədalət” şüarı altında keçirilən yürüşdə iştirak etmişdir.Xətai rayonu 261 nömrəli məktəb-liseydə Xocalı faicəsinin 27-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirildi. VId sinfinin şagirdləri azərbaycan dili və ədəbiyyat müəllimi Qarayeva Sevdanın rəhbərliyi ilə kompozisiya hazırlanmış, çıxışlarda vətənpərvərlik aşılanmış, məktəblilər müxtəlif şeir parçaları və nəğmələri ilə Xocalı faciəsinin xalqımıza yaşatdığı, unudulmayan ağrı-acını bir daha yada salmış və tədbirdə bir dəqiqəlik sükutla günahsız qurbanların xatirəsi yad edilmişdir.Bununla əlaqədar məktəb-kitabxanasında IVe sinfi ilə birgə tədbir keçirildi. Xocalı soyqırımı barəsində kitabxanaçı Minayə Məmmədova kiçik yaşlı şagirdlərimizə qan yaddaşı olan Xocalı soyqırımı haqqında geniş məlumat verdi və həmçinin kitabxanada kitab sərgisi təşkil olundu.Şagirdlər Xocalıya həsr olunmuş divar qəzetləri hazırladılar.Məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi təşkil olundu. Məktəb-liseydə ilk dərslər Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmişdir.        

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi