21 fevral Beynəlxalq Ana dili günüdür.

Bu gün münasibətilə 261 nömrəli məktəb-liseydə “Ana dilinin zəngin ifadə vasitələri poeziya, nəsr və elm dili olması təkmil ədəbi dil səviyyəsinə yüksəlməsi” adlı dəyirmi masa keçirildi.Azərbaycan dili və ədəbiyyat müəllimi Rahilə Zeynalovanın rəhbərliyi ilə IXB, IXA sinif şagirdlərinin hazırladıqları məruzələr ətrafında diskussiya və çıxışlar dil haqqında, xüsusən, Azərbaycan dili haqqında söylənən şeirlər, dinlənilən mahnılar dilimizin gözəlliyi, ahəngdarlığı, həzinliyini bir daha sübuta yetirildi. Ədəbiyyat müəllimi İlahə müəllimə Şah İsmayıl Xətayidən tutmuş, ümümilli lider Heydər Əliyev və onun varisi möhtərəm prezidentimiz İlham Əliyevin də dilin qayğısına necə qaldıqlarından danışdı. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Svetlana Quliyeva, ədəbiyyat üzrə metodist müəllim Səddunur Sultanova təşkilatçı müəllimə və şagirdlərə təşəkkür etdi.Ana dilimizin milli dəyər olduğuna, onu göz bəbəyi kimi qorumağımızın vacibliyini vurğuladılar.Bu tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunda böyümələrinə xidmət etdiyini göstərdilər.Qonaqlarımız: Valideynlər, ADPU-nun tələbə və müəllim heyəti də dilimizin qorunmasından, gözəlliyindən danışdılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi