261 nömrəli məktəb-liseydə şəhidin ad günü qeyd edildi.

19 fevral şəhid qəhrəman İlham Niyazi oğlu Məmmədovun doğum günüdür. Hər il olduğu kimi bu il də şəhidin adını daşıdığı məktəbimizdə onun doğum günü təntənəli şəkildə qeyd edildi. Məktəbin IIIb sinif şagirdləri və sinif rəhbəri Ziyafət Cəfərova təqdirəlayiq tədbir hazırlamışdı. Tədbir Şəhidlər Xiyabanında keçirildi. Şəhidin atası Niyazi Məmmədov, 776 saylı hərbi hissənin veteranlar birliyinin sədri Elçin Qasımovun rəhbərliyi ilə Babayev Paşa, Mahmudov Həmid, Əfqan, Yusif, Elşən Hüseynov, Səyyad Əliyev, Ərəstun Mehdizadə, İsmayılova Nazilə, Elçin Məmmədov və başqaları bu təntənəli mərasimdə iştirak etdilər. Əvvəlcə Ziyafət müəllimə şəhidin şücaətindən, keçdiyi döyüş yolundan geniş məlumat verdi. Şagirdlər İlham Məmmədova və şəhidlərə həsr olunmuş şeirlər söylədilər, kompozisiya təqdim etdilər. Valideynlər, veteranlar, şəhid atası Niyazi Məmmədov çıxış etdilər, tədbirdən çox razı qaldılar. Məktəb direktoru Abuzər Əsədova, ibtidai siniflər üzrə direktor müavini Kəmalə Quliyevə, Ziyafət müəlliməyə, şagirdlərə minnətdarlıq bildirdilər, uğurlar dilədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi