“Valideynin məktəbdə bir günü” adlı layihə həyata keçirilmişdir.

261 nömrəli məktəb-liseydə 15 fevral 2019-cu il tarixdə “Valideynin məktəbdə bir günü” adlı layihə həyata keçirilmişdir. Əvvəlcədən tərtib olunmuş tədbirlər planı əsasında layihə həyata keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəb-liseyin direktoru Abuzər Əsədov açaraq layihənin məqsəd və vəzifələri haqqında məlumat vermişdir.Direktor müavinlərinin müşayiəti ilə valideynlər məktəb-liseyin foesində, dəhlizlərində, yeməkxanasında, akt və idman zallarında olmuşlar. Məktəb-liseyin nailiyyətləri barədə onlara geniş məlumat verilmişdir. I və II növbədə valideynlər dərs məşğələlərini müxtəlif siniflərdə müşahidə etmişlər. Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Svetlana Quliyeva “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın tətbiqi barədə valideynlərə seminar təşkil etmişdir. Seminarın sonunda valideynləri maraqlandıran suallar cavablandırılmışdır.Tədbirin sonunda I və II növbələrdə müxtəlif siniflərdə valideyn iclasları keçirilmişdir və bu iclaslarda 2018/2019-cu tədris ilinin I yarımilinin nəticələri və II yarımildə qarşıda duran vəzifələr müzakirə olunmuşdur.“Valideynin məktəbdə bir günü” layihəsi valideynlərin marağına səbəb olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi