261 nömrəli məktəb-liseyin 5a sinfində ədəbiyyat müəllimi Rahilə Qasımovanın rəhbərliyi ilə “20 Yanvar şəhidlərinə həsr olunmuş tədbir” keçirildi

Bakı şəhəri Xətai rayonu 261 nömrəli məktəb-liseyin 5a sinfində ədəbiyyat müəllimi Rahilə Qasımovanın rəhbərliyi ilə “20 Yanvar şəhidlərinə həsr olunmuş tədbir” keçirildi.Tədbirdə müəllimlər, valideynlər, şagirdlər iştirak ediblər.Şagirdlərin ifasında vətənpərvərlik ruhunda şeirlər, nəğmələr səsləndi, xatirələr söylənildi.Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Svetlana Quliyevanın çıxışı təsirli və yaddaqalan oldu.R.Zeynalova və A.Zeynəb çıxışında “Siz bu günləri unutmayın.Siz bizim gələcəyimizsiniz,biz çox sevinirik ki, sizlər belə vətənpərvər böyüyürsünüz.Bu bizi çox fərəhləndirir” söyləyərək şagirdlərə öz tövsiyyələrini verdilər.Şəhla müəllimənin IX sinif şagirdləri ilə təşkil etdiyi musiqi kompozisiyaları tədbirin ruhuna uyğun seçilmişdir.Qasımova R. öz çıxışında “20 Yanvar bir tarixidir.Azərbaycan xalqının qəhrəmanlıq tarixidir.Bu tarixlə hər zaman qürur duyaq” deyə tədbiri sonlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi