2018-2019-cu tədris ilinin I yarımilində BSQ-in keçirilməsi, yarımillik qiymətlərinin hesablanması qaydaları ilə bağlı seminar keçirilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında 19 dekabr 2018-ci il tarixli qərarına əsasən “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyası” şagirdlərin ümumi təhsil müəssisələrində məktəbdaxili qiymətləndirilməsi xüsusi vurğulanır.Bu qiymətləndirməni araşdırmaq, müəllimləri maarifləndirmək məqsədilə 261 nömrəli məktəb-liseydə yeni qiymətləndirmədə qiymət və bal anlayışlarının “sərhəd”ləri dəqiq müəyyənləşdirilərək 261 nömrəli məktəb-liseyin müəllim kollektivi ilə seminar təşkil olunub keçirilmişdir. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Svetlana Quliyeva yeni qiymətləndirmənin yolları, başlıca məqsədi, böyük summativlərin və kiçik summativlərin sayının konkretləşməsi haqqında müəllimlərə məlumat verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi