261 nömrəli məktəb-liseydə ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Dekabrın 11-də 261 nömrəli məktəb-liseydə ümumilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. Tədbirdə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəb-liseyin direktoru Abuzər Əsədov “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda məruzə ilə çıxış etmişdir. Heydər Əliyevin həm sovet dönəmində, həm də müstəqillik illərində Azərbaycan üçün misilsiz xidmətlərindən söz açan Abuzər Əsədov onun elm, təhsil, mədəniyyət sahələrinin inkişafına xüsusi diqqət göstərdiyini qeyd edib. Məruzə ətrafında təlim-tərbiyə işləri üzrə direktor-müavini Svetlana Quliyeva, ibtidai sinif müəllimləri Samirə Məhərrəmova və Qənirə Şahbazova çıxış etmişlər.Məktəb-liseyin foyesində ümumilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunmuş kitab sərgisi təşkil edilmişdir. Müxtəlif siniflərdə silsilə tədbirlər davam etdirilmişdir.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi