28 noyabr tarixində Bakı Konqres zalında Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib

28 noyabr 2018 tarixində Bakı Konqres zalında Azərbaycan müəllimlərinin xv qurultayı keçirildi.Bu il keçirilən qurultay Azərbaycan müəllimlərinin sayca 15-ci, müstəqillik dövründə 4-cü qurultay olaraq tarixdə qaldı.Qurultayda hökümət rəsmiləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak edirdi.Bu mötəbər qurultayda məktəbimizin direktoru Əsədov Abuzər və ibtidai sinif müəllimi Dadaşova Fidan iştirak edirdi.Çox qürurverici haldır ki, məktəbimizin ibtidai sinif müəllimi Dadaşova Fidan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdur.Həmin qurultayda müəllimimiz təltif olunanların sırasında idi.Təhsil Naziri Ceyhun Bayramov Fidan müəllimə medalı təqdim edəndə bütün məktəb kollektivi qürur hissi keçirdi.Məktəb kollektivimiz adından Fidan müəllimi təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi