Məktəbimizdə “Milli Dirçəliş günü”nə həsr edilmiş tədbir keçirilib

Məktəbimizin azərbaycan dili və ədəbiyyatı müəllimi Heydərova Zenfira Noyabrın 14-də 7a sinfində “Milli Dirçəliş günü”nə həsr edilmiş tədbir keçirdi.Tədbir Dövlət Himninin səslənməsi, Ulu öndərimiz Heydər Əliyevin həyat yolu haqqında məlumat, sonra “Milli Dirçəliş günü”nə həsr edilmiş təqdimatla başladı.Zenfira müəllimə H.Əliyevin“Mən fəxr edirəm ki, azərbaycanlıyam...” kəlamını əsas tutaraq Noyabr ayının tarixi günlərini qeyd etdi.Sonra 7a sinif şagirdləri:Süleyman, Cavahir, Arzu, Xədicə, Zərintac və Ləman M.Arazdan, M.Şəhriyardan, S.Vurğundan şeir parçaları söylədilər.Bütün sinif şagirdləri “Can Azərbaycan...” musiqisini oxudular.Tədbirdə Milli bayrağımız, kompüterlərdə saxlanılan rəmzi şəkillər bütün müəllim kollektivi tərəfindən maraqla və alqışla qarşılandı.Sonda Təlim tərbiyə işləri üzrə direktor müavini Quliyeva Svetlana müəllimə belə tədbirlərin keçirilməsi şagirdlərdə vətənpərvərlik hissləri, vətənə, elə bağlılıq hisslərini artırır, onları vətəni sevmək ruhunda tərbiyələndirir.Tərbiyə işləri üzrə direktor müavini Məmmədova Lamiyə, metodbirləşmə sədri Sultanova Səddinur, Azərbaycan dili və ədəbiyyat müəllimi Zeynalova Rahilə müəllimə tədbirlə bağlı öz təəssüratlarını bölüşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi