261 nömrəli məktəb-liseydə “Azərbaycan Respublikasının Konstitusiyası günü” qeyd olunub

Bu gün 261 nömrəli məktəb-liseydə “Azərbaycan Respublikasının Konstitusiyası günü” qeyd olunub.Məktəb-liseyin foyesində konstitusiyaya dair sərgi təşkil olunmuş, kitabxanada və sinif otaqlarında şagirdlərə konstitusiya haqqında məlumatlar verilmişdir.Sərgi ibtidai sinif şagirdlərinin böyük marağına səbəb olmuş, bu barədə onlara ətraflı məlumat verilmişdir.Həmçinin siniflərdə müəllimlər öz dərslərində “Azərbaycan Respublikasının Konstitusiyası”nın 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsi haqqında, daha sonralar konstitusiyaya edilmiş dəyişikliklər haqqında da geniş məlumatlar vermişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi