Şagirdlərimiz Bakı Kitab Mərkəzinə ekskursiyaya gediblər

Biz 8d sinfi 27 oktyabr 2018-ci il tarixində sinif rəhbəri Sadıqlı Dinar və Uşaq Birliyi Rəhbəri Mahmudova İlhamə müəllimə ilə birgə Bakı Kitab Mərkəzinə getdik.Bu mədəniyyət və ədəbiyyat ocağına xalqımızın çox ehtiyacı var.Belə bir yeri xalqımızın istifadəsinə verdiyinə görə Azərbaycanın birinci vitse-prezidenti,Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildirirk.Bu mədəniyyət ocağı gənclərin təhsilə,kitaba marağını daha da artırır.Bura nəinki sağlam, hətta fiziki cəhətdən qüsurlu insanlar belə daxil ola bilər.Burada bəzi görmə imkanı olmayan insanları görəndə çox təəccübləndik.Biz bir-bir mərtəbələri gəzərək hər bir guşələrlə tanış olduq.Burada Dinar müəllimə,İlhamə müəllimə bizə kitablarla bağlı məlumat verirdilər.İstirahət guşəsində hətta uşaqlar dincələ bilir,fikirlərini bir-biriləri ilə bölüşə bilirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi