“Kids Athletics” uşaq atletikası layihəsi çərçivəsində 18 oktyabr tarixində yarış keçirilib

18 oktyabr 2018-ci il tarixində Beynəlxalq Atletika Federasiyasının AOD Proqramına əsasən, Azərbaycan Atletika Federasiyası, Təhsil Nazirliyi və Milli Olimpiya Komitəsinin dəstəyi ilə “Uşaq Atletikası”(18-20 oktyabr) adlı seminara start verildi.Seminarda Xətai rayonuna daxil olan 18 orta məktəbin fiziki tərbiyə müəllimləri iştirak edib.Seminar 2 hissədən:nəzəri və praktik hissədən ibarət olub.Sonda 20 oktyabr 2018-ci ildə uşaqlar arasında keçirilən yarışda 261 nömrəli məktəb-lisey II yeri tutmuşdur.Yarışda fiziki tərbiyə müəllimi Sadıqov Əskər, VI sinif şagirdləri Məmmədzadə Riad, Məmmədli Orxan, Əliyarova Nərmin, Ramazanova Aydan, Məmmədova Zərifə və Ataşlı Elcan iştirak etmiş və sertifikatlarla mükafatlandırılıblar.Məktəb-liseyin kollektivi öz növbəsində şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi