13 oktyabr 2018- ci il tarixində 261 nömrəli məktəb-liseyin 9 “c” sinif şagirdləri ana dili və ədəbiyyat müəllimi Süleymanlı İlahə ilə birlikdə Baku Expo Center mərkəzində təşkil olunmuş 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak ediblər.

13 oktyabr 2018- ci il tarixində 261 nömrəli məktəb-liseyin 9 “c” sinif şagirdləri ana dili və ədəbiyyat müəllimi Süleymanlı İlahə ilə birlikdə Baku Expo Center mərkəzində təşkil olunmuş 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak ediblər.Sərgi şagirdlərdə böyük marağa səbəb olmuşdur.Ölkəmizin və bir neçə xarici dövlətin , eləcə də Türkiyənin bir neçə təhsil ocağının təmsil olduğu “ Education 2018 ”sərgisi “ uşaqların gələcəyinə sərmayə ”devizi altında təşkil olunmuşdur.Yeni imkanları gündəmə gətirən sərgidə ali təhsil müəssisələrinin nümayəndələri öz təhsil sistemlərinin, perspektiv layihələrinin təqdimatı ilə gələcək abituriyentlərin yeniliklərlə tanışlığına səbəb oldular , onları maraqlandıran sualları cavablandırdılar.Həmçinin sərginin tam mərkəzində qurulmuş səhnədə gənc ifaçıların maraqlı çıxışlarını dinləyən şagirdlər oradan xoş təssüratlarla qayıtdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi