261 nömrəli məktəb-liseydə 17 oktyabr 2018-ci il tarixdə Xətai rayon polis idarəsinin rəhbərliyi ilə birlikdə “Narkotiklərə yox deyək!” mövzusunda tədbir keçirilmişdir

Tədbiri giriş sözü  ilə məktəb-liseyin direktoru Abuzər Əsədov açaraq narkotiklərdən uzaq durmağı, zərərli vərdişlərdən çəkinməyi şagidlərə məsləhət gördü.Sonra Xətai rayon Polis İdarəsinin rəisi polis polkovniki Muradəli Babayev narkotiklərdən uzaq durmağın yolları barədə geniş danışdı.Xətai rayon Polis İdarəsinin şəxsi  heyətlə iş üzrə rəis köməkçisi polis polkovnik leytenantı İdris Məhərrəmov dini radikalizm haqqında geniş məlumat verdi.Xətai rayon Dövlət Yol Polis şöbəsinin inspektoru polis mayoru Fərid Əhədov yol nəqliyyat hadisələri və onların qarşısının alınması barədə məlumat verdi.Tədbir yüksək səviyyədə təşkil olunmuşdu və keçirildi.Tədbirdə şagirdlərin əl işlərindən ibarət sərgi keçirildi və narkomaniyaya həsr edilmiş kitablardan ibarət sərgi təşkil edilmişdir.Sonda mü əllimlərin və şagirdlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi