“Ekoloji layihə” çərçivəsində şagirdlərimiz ekskursiyaya gediblər

261 nömrəli məktəb-liseyin pedoqoji və şagird kollektivi “Ekoloji layihə”yə qoşulmuşdur.Bu sahədə görülən işlər Azərbaycanda ekoloji problemlərə verilən önəmin göstəricisidir.Bu ekoloji problemlərin araşdırılıb aradan qaldırılması məqsədilə fəaliyyət planı tərtib edilmiş və müzakirə olunaraq həyata keçirilmişdir.Layihə çərçivəsində məktəb-liseyin şagirdləri coğrafiya fənn müəllimi Sadıqlı Dinar və təlim-tərbiyə işləri üzrə direktor müavini Svetlana Quliyevanın rəhbərliyi ilə Bakının ən ucqar Şərq nöqtəsi sayılan Abşeron Milli parkında və Zirə “Eko Park”ında olmuşlar.Onlar bitki və heyvanat aləminin,ətraf mühitin qorunmasına,nəsli kəsilməkdə olan bitki və heyvanlar haqqında zəngin məlumatlar əldə etmişlər.Düşünürük ki,insanların həyatında sağlam ekoloji mühitin formalaşmasında belə layihələrin müntəzəm keçiriliməsi daha məqsədə uyğundur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi