“Təhsildə keyfiyyət ili”

 “Ümumi təhsil sahəsində 2018/19-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” Azərbaycan Respublikası Təhsil Nazirinin 14 avqust 2018-c il F-550 nömrəli əmrinə əsasən “Təhsildə keyfiyyət ili” bu dərs ilində də davam etdirilir.Ötən dərs ilində məktəb-liseyin Fəaliyyət planında nəzərdə tutlmuş, təhsilin daha da yaxşılaşdırılması ilə əlaqədar mahiyyətcə inkşafyönlü tədbirlərin keçirilməsində məktəb-liseyin pedoqoji kollektivinin böyük əməyi olmuşdur.Məktəb-liseydə fəaliyyət göstərən bir çox müəllim təhsildə əldə etdkləri uğurlara görə əlaqədar təşkilatlar tərəfindən qiymətləndiriliblər.Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Quliyeva Svetlana Mayıl qızı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfində təhsil sahəsindəki səmərəli fəaliyyət ilə əlaqədar “fəxri fərman”la, ibtidai sinif müəllimi Dadaşova Fidan Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2018-ci il tarixli sərəncamına əsasən “Tərəqqi medalı” ilə, Qurbanova Məlahət isə Xətai rayon İcra Hakimiyyətinin “fəxri fərmanı” ilə təltif olunublar.261 nömrəli məktəb-liseyin rəhbərliyi və pedoqoji kollektivi medal və fəxri fərmanla təltif edilmiş müəllimləri təbrik edir və gələcək işlərində uğurlar arzulayırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi