15 sentyabr 261 nömrəli məktəb-liseydə “Bilik günü”nə həsr olunmuş tədbir keçirilib

15 sentyabr 2018-ci il tarixdə 261 nömrəli məktəb-liseydə valideynlərin və şagirdlərin iştirakı ilə “Bilik günü”nə həsr olunmuş tədbir keçirilib.Tədbiri məktəb-liseyin direktoru Abuzər Əsədov açaraq,təhsilə göstərilən diqqət və qayğıdan bəhs edib və məktəbin məzunlarının qəbul imtahanlarında yüksək nəticələr əldə etdiyini bildirib.Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Hüseyn Abbasov iştirak edib və şagirdlərə uğurlar arzulayıb.Həmçinin təlim-tərbiyə işləri üzrə direktor müavini Svetlana Quliyeva yeni tədris ilində şagirdlərin ötən ilki nəaliyyətlərindən daha yüksək nəticəər əldə edəcəyinə inandığını qeyd etdi.2017-2018-ci tədris ilində yüksək nəticə göstərən prezident təqaüdçüsü Heydərov Firudin,Eyvazzadə Maya,Babayev Fərid,İsmayılov Camal tədbirdə çıxış edərək, məktə-liseyin kollektivinə dərin minnətdarlıqlarını bildirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi