Heydər Əliyev Mərkəzinə ekskursiya

Biz, 10c sinfinin şagirdləri, başda mən Heydərova Zenfira olmaqla iyun ayının 6-sı Heydər Əliyev Mərkəzinə gəzintiyə getdik.Bu əzəmətli Mərkəz bütün struktur quruluşu, mükəmməlliyi, gözəl görüntüsü ilə şagirdlərin diqqətini cəlb elədi.Bu Mərkəz Azərbaycanın demokratik, hüquqi dövlət kimi, iqtisadi və siyasi islahatların həyata keçirilməsində, ölkəmizin dünyaya tanınmasında müstəsna rolu olan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.Bu bina həm müasirliyi, həm də yeniliyi ilə hamının diqqətini cəlb edir.Biz Mərkəzə daxil olarkən ilk olaraq bələdçi ilə bütün mərtəbələri gəzdik.Bələdçi bizə hər mərtəbədə müəyyən məlumatlar verir və şagirdləri bu məlumatlarla biliyini bir daha zənginləşdirir.Biz burada Cənab Heydər Əliyevin iş otağı, onun geydiyi geyimlər, iş prosesi və söylədiyi kəlamlarla tanış olduq.Adi bir toxunuşla Cənab H.Əliyevin kəlamları bütün Mərkəzi səsləndirirdi.Burada güclü səs akustikası var.Digər mərtəbələrdə musiqi alətlərini bir toxunuşla hərəkətə gətirirdik.Buradan çıxan musiqi səsləri adamı sanki möcüzəli səslər aləminə aparırdı.Digər mərtəbədə Azərbaycan tarixi və milli geyimlər haqqında təsəvvürlərimiz daha da artdı.Hər bir şagird bu milli geyimlər qarşısında şəkil çəkdirməyə çalışırdı.Bu gün Mərkəz Həm öz ölkəmizdən, həm də digər xarici dövlətlərdən turistlər qəbul edir.Biz bu turistləri hər bir gözəlliyə necə tamaşa etdiyini  görəndə çox sevinir və qürur hissi keçirirdik.Onlar Mərkəzdəki sərgi zalları ilə tanış olduqca üzlərində heyranlıq dolu baxışlar görürdük.Bizim şagirdlər bu gözəl, əzəmətli, görünüşü ilə hamının diqqətini cəlb edən və ümummilli liderimiz olan H.Əliyevin adını daşıyan mərkəzə gəldikləri üçün çox məmnun idilər.Gələnlər sırasında öz-261 nömrəli məktəb-liseyimizin adını bir daha fəxrlə qeyd elətdirdik.Mən və şagirdlərim çox məmnun halda hər bir sərgi qarşısında şəkillər çəkdirərək Mərkəzdən qayıtdıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi