“ALPLOGO-2018”Proqramlaşdırma Olimpiadasının Respublika Turunun Qalibi.

13 may 2018-ci il tarixində məktəb şagirdləri arasında ALPLogo proqramlaşdırma olimpiadası keçirilmişdir.Builki tapşırıqlardan biri “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)”logotipi idi.Qaliblərin mükafatlandırılması mərasimi 20 may 2018-ci il tarixində Bakı Modern Təhsil Kompleksinin akt zalında keçirildi.Bakı Modern Təhsil Kompleksində baş tutan tədbirdə  BMTK-nin baş direktoru, fizika üzrə fəlsəfə doktoru M.B.Əliyeva, İKT üzrə direktor müavini Gülnarə Səlimova,Bakı Dövlət Universitetinin professoru,şərəf ordenli,informatika dərsliyinin müəllifi Ramin Mahmudzadə,əməkdar müəllim,informatika dərsliyinin müəllifi Naidə İsayeva,Taras Şevçenko adına Kiyev Milli Universitetinin professoru Mixail Medvedev,Beynəlxalq “QUNDUZ”(“Bebras”, “Bobyor”)müsabiqəsinin yaradıcısı,Litvanın Vilnüs Universitetinin professoru Valentina Dagen və digər hörmətli qonaqlar iştirak etmişdilər.Məktəb-liseyin 5D sinif şagirdi İsmayıllı Raul (III yer) “ALPLogo-2018” mühitində proqramlaşdırma olimpiadasının Respublika turunun qalibi olmuş,diplom və medalla təltif olunmuşdur.Bu münasibətlə Raul İsmayıllını və onun informatika müəllimi Aygül Orucovanı təbrik edir,onlara yeni uğurlar diləyirik.                                                 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi