Məktəb-liseydə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş konfrans keçirilmişdir.

26 may 2018-ci il tarixdə  261 nömrəli məktəb-liseydə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş konfrans keçirilmişdir.Konfrans iki hissədən ibarət olmuşdur.Ədəbi hissə və bədii hissə.Konfransla əlaqədar olaraq geniş hazırlıq işləri aparılmışdır.100 divar qəzeti buraxılmış, 100 inşa yazılmış, 100 şagird və müəllimin Xalq Cümhuriyyətinə həsr edilmiş əl işləri və Xalq Cümhuriyyətinə həsr edilmiş 100 kitabdan ibarət sərgi məktəbin foesində və akt zalında təşkil edilmişdir.Sərgi 12 may 2018-ci il tarixdən fəaliyyət göstərir və tədris ilinin sonuna kimi davam edəcəkdir.Sərgi müəllim, şagird və valideynlərin marağına səbəb olmuşdur.Konfransda 1918-1920-ci illərin tədqiqatçısı professor Asif Rüstəmli "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti" barədə geniş məruzə ilə çıxış etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi