"Dünya Azərbaycanlılarının Həmrəlik günü"

Xətai rayonu 261 №-li məktəb-liseydə 30 dekabr tarixində "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü" və "Yeni il" münasibətilə bayram tədbirləri keçirilmişdir. İlk olaraq şagirdlər "Dünya Azərbaycanlılarının Həmrəlik Günü"nün yaranması haqqında məlumat verilmişdir. 31dekabr Dünya Həmrəlik Günü-azərbaycanlılarla əlaqə qurmaq,onlar arasında birlik və həmrəlik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəlik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəviehtiyaca çevrilmişdir.Məktəb-liseydə "Dünya Azərbaycanlılarının Həmrəlik günü" və "Yeni il" münasibətilə sərgilər təşkil olunmuş, divar qazetləri hazırlanmışdır. Məktəb rəhbərliyi, müəllimlərin və valideynlərin iştirak etdiyi yeni il şənliyi şagirdlərin sevincinə səbəb olmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi