“Muzeylər Günü” ilə əlaqədar təşkil edilmiş ekskursiya

Xətai rayon 261 nömrəli məktəb-liseyin 8a sinif şagirdləri 18 may 2018-ci il “Muzeylər Günü” ilə əlaqədar həmin gün Heydər Əliyev mərkəzində, Tarix muzeyondə, N.Gəncəvi adına Ədəbiyyat muzeyində və H.Cavidin ev muzeyində olmuş və xoş təəssüratlar qazanmışlar.Şagirdlər Heydər Əliyev mərkəzində Heydər Əliyevin ailə həyatı haqqında şəkillər və videolar, Azərbaycan xalqının musiqi alətləri, milli geyimləri, xalçaları eləcə də xalqımızın tarixinə aid maraqlı faktlar və bir sıra antik əşyalar haqda maraqlı məlumatlar əldə etmiş, Tarix muzeyində Azərbaycanın hər bir dövrünü əhatə edən məqalələr, antik əşyalar, hər regiona aid xalçalar və qədim pullar, qədimdən qalma qəbirüstü məzarlar, Azərbaycan xanlarının təsvirləri, istifadə etdikləri əşyalarla tanış olmuş, Ədəbiyyat muzeyində bütün əsrləri əhatə edən və baş verən hadisələrin gedişatını xəbər verən və məlumatlandıran qiymətli əsərlər,Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin təsvirləri və şifahi xalq ədəbiyyatına aid bir sıra xalq dastanlarının əsas kitabları onların diqqətini cəlb etmiş, Hüseyn Cavidin ev muzeyində isə ədibin həyatını əks etdirən əsərləri, yazdığı əsərlərə aid lövhələr, istifadə etdiyi əşyalar və əsərlərindən seçilmiş aforizmlər onların böyük marağına səbəb olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi