Məktəb-liseydə Mülki müdaiə günü keçirilmişdir

25 aprel tarixində məktəb-liseydə Mülki Müdafiə günü keçirilmişdir.Tədbiri 261 nömrəli-liseyin MM qərargah rəisi Svetlana Quliyeva açaraq “Azərbaycan Respublikasının mülki müdafiəsi, onun məqsədi və əsas vəzifələri” haqqında danışmışdır.Həmçinin məktəbin girişində, məktəb kitabxanasında mülki müdafiəyə, milli vətənpərvərliyə dair guşə yaradılmış kitab və rəsm sərgisi təşkil edilmişdir.Siniflərdə “Sadə fərdi mühafizə vasitələri və cihazlardan istifadə qaydaları” mövzusunda dərslər aparılmış, “İlk tibbi yardım”ın göstərilməsi nümayiş etdirildi və mövzuya uyğun müxtəlif yarışlar keçirildi.Tədbirdə məktəb-liseyin MM rəhbər heyət üzvləri iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi