“Oxu günü” tədbiri

19 aprel 2018-ci il tarixdə 261 nömrəli məktəb-liseydə “Ümumtəhsil məktəb şagidlərinin mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” 04.04.2018-ci il tarixli F-148 nömrəli əmrinə əsasən, “Oxu günü” tədbiri keçirilmişdir.Bu tədbirdə məktəbimizin müəllimləri Qurbanova Təranə və Şahbazova Qənirənin müəllifi olduqları VI sinif şagirdləri üçün nəzərdə tutulmuş “Oxuyub-anlama bacarıqlarının ölçülməsinə dair vasitələr” metodiki vəsaitinin müzakirəsi keçirilmişdir.Burada əsasən, “El atası”, “Milli bayramlar”, Şuşanın simvolu olan “Xarı bülbül” haqqında V-VI sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat müəllimləri Qarayeva Sevda, Əliyeva Xədicənin rəhbərliyi ilə, 8b sinif şagirdləri ilə Zeylanova Rahilənin rəhbərliyi ilə C.Məmmədquluzadənin “Qurbanəli bəy” əsərini səhnələşdirib daha sonra müzakirə etdilər.Tədbirdə kitabxanaçılar Məmmədova Narın, Məmmədova Minayə uşaq ədəbiyyatından ibarət kitab sərgisi təşkil etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi