“XVI əsr Azərbaycan ədəbiyyatı. Poeziya”

12 qprel 2018-ci il tarixdə Xb sinfində “XVI əsr Azərbaycan ədəbiyyatı. Poeziya” mövzusunda açıq dərs keçirdik. Burada İ.Həsənoğlu, İ.Nəsimi, Ş.İ.Xətai, M.Füzuli poeziyasından nümunələr söylədik. M.Füzulinin ”Leyli və Məcnun” əsərindən müəyyən parçalardan səhnələr göstərdik. Azərbaycan dili və ədəbiyyat müəllimi Heydərova Zenfira sinif şagirdləri ilə birlikdə “Məni candan usandırdı...” qəzəlini həm əzbər söyədi, həm də bu qəzəli musiqi sədaları altında oxudular.Bu açıq dərsdə iştirak edən qonaqların: Təlim Tərbiyə İşləri üzrə direktor müavini Quliyeva Svetlana, fənn müəllimləri: Q.Rəhilə, Z. Rahilə, M.Nübar, H.Qənimət və digər müəllimələrin marağına səbəb oldu.Belə açıq dərslər şagirdlərin həm nitqinin, həm dünyagörüşünün, həm də tariximizlə bağlı məlumatlarının artmasına gətirib çıxarır.Hər birimiz tariximizi bilməli və onu gələcək nəsilə aşılamalıyıq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi