“Ölkəmizi tanıyaq” devizi altında növbəti maarifləndirici tur-aksiya

Ümumilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş “Ölkəmizi tanıyaq” devizi altında növbəti maarifləndirici tur-aksiya çərçivəsində 15-18 mart tarixlərində Bakı məktəbliləri Naxçıvan Muxtar Respublikasına səfər ediblər. Edilən səfərdə məktəb-liseyin 10 A sinif şagirdi Hüseynzadə Səidə iştirak edib.İlk gün şagirdlər Naxçıvan Beynəlxalq Hava Limanında qarşılandıqdan sonra Naxçıvan şəhərindəki Heydər Əliyevin abidəsi və onun adını daşıyan muzey, Dövlət Xalça Muzeyi, “Xan Sarayı”, Möminə Xatın türbəsi və Açıq Səma altında muzey ilə tanış olublar. Şagirdlər həmin gün “Duzdağ” otelində yerləşiblər.16 mart tarixində məktəblilər Ordubad və Culfa rayonlarına səfər ediblər. Ordubad şəhərində 3 nömrəli tam-orta məktəb, Rayon Tarix-Diyarşünaslıq Muzeyi, M.T.Sidqinin, M.S.Ordubadinin və Y.Məmmədəliyevin ev muzeyləri ilə tanış olublar. Şagirdlər nahardan sonra Culfa rayonundakı Gülüstan türbəsi, “Əlincəqala” Mədəniyyət Muzeyi ilə tanış olublar. Axşam yeməyində şagirlər Naxçıvan Dövlət Filarmoniyasının canlı konsertinə qulaq asıblar.17 mart tarixində məktəblilər Şahbuz rayonuna səfər ediblər. Şagirdlər “Farma-Şah” MMC, Batabat Dövlət Qoruğu və Astrofizika rəsədxanası ilə tanış olduqdan sonra Ağbulaq İstirahət Mərkəzində nahar ediblər.Daha sonra isə Heydər Əliyev adına hərbi lisey və Naxçıvan Dövlət Universitetində olublar.Sonuncu gün səfər “Naxçıvanqala” Tarix-Memarlıq kompleksi, Naxçıvan Biznes Mərkəzi, Gənclər Mərkəzi, Dövlət Tarix Muzeyi , Hüseyn Cavidin məqbərəsi və Dövlət Bayrağı Meydanına olub.Axşam şagirdlər yolasalma mərasimindən sonra Bakıya qayıdıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi