Səməd bəy Mehmandarovun 160 illik yubilieyi

24 dekabr 2015-ci il tarixində 261№-li məktəb-liseydə general Səməd bəy Mehmandarovun 160 illik yubilieyinə həsr olunmuş tədbir keçirildi.Tədbiri giriş sözü ilə məktəb-liseyin direktoru açaraq general Səməd bəy Mehmandarovun “Gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə təsiri” mövzusunda çıxış etdi və onun həyatı haqda geniş məlumat verdi.Məktəb-liseyin çağırışaqədərki hərbi hazırlıq müəllimi polkovnik-leytinant Əzizov Rövşən general Səməd bəy Mehmandarovun iştirak etdiyi müharibələrdən söhbət açdı. Bundan əlavə olaraq məktəb-liseydə general Səməd bəy Mehmandarova həsr edilmiş kitablardan sərgi təşkil olundu.Tədbirin sonunda Səməd bəy Mehmandarov haqqında film nümayiş olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi