261 nömrəli məktəb-liseydə Novruz bayramına həsr olunmuş tədbir keçirilib

261 nömrəli məktəb-liseydə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.İngilis dili müəllimi Aytən Həsənova və Azərbaycan dili və ədəbiyyatı müəllimi Xədicə Əliyeva tədbirə rəhbərlik etmişlər.Tədbirdə 5ç sinfinin şagirdləri fəal iştirak etmişdir.Tədbir Azərbaycan Dövlət Himni ilə başlanıb.Akt zalı milli ornamentli qədim əşyalar, novruz simvolları ilə bəzədilmişdir.Tədbirdə Novruz adət-ənənələrindən olan yumurta döyüşü, oddan atlama, haxışdalar, keçəl və kosanın gəlişi, “Bahar qızı”nın gözəl nəğməsi nümayiş olunmuşdur.Şagirdlər bahara,novruza aid şerlər, müxtəlif rəqslər, həmçinin “Bənövşə”, “Lalə” mahnılarını, “Arşın mal alan” filmindən rəqs ifa etmişlər.Tədbirdə kiçik səhnəciklər nümayiş etdirilib.Səhnəciklərin birində “xarici qonağın” Novruz haqqında olan fikirləri və şagirdlərin Novruza aid ingiliscə şerlər söyləməsi xüsusi diqqəti cəlb edib.Alıyeva Nigar, Hacılı İlkin, Sultanov Elnar aparıcılıq qabiliyyəti ilə, Əcəmli Səddənur, Ağamalıyev Ziyəddin, Məcidli Aydan, Ağarəhimli Nərmin, Həsənova Aynur, Ələkbərov Elcan, Həsənəliyev Musa və digərləri ifaları ilə fərqlənmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi