Mülki müdafiə günü keçirilmişdir

1 mart 2018-ci il tarixdə Ümumdünya Mülki Müdafiə gününün keçirilməsi ilə əlaqədar 261 nömrəli məktəb-liseydə tədbirlər planı hazırlanıb.261 nömrəli məktəb-liseyin Mülki Müdafiə qərargahının rəisi Svetlana Quliyevadır.Bu plana əsasən, “Mülki Müdafiə gününün yaranma tarixi, onun bugünkü gündə əvəz olunmaz əhəmiyyəti” mövzusunda  şagirdlərlə dərslər keçirilib.Məktəb-liseydə MM guşəsi yaradılıb, məktəb kitabxanasında mülki müdafiəyə və milli vətənpərvərliyə dair kitab sərgisi təşkil edilib, “İlk tibbi yardım”ın göstərilməsinə dair şagirlərlə praktiki təlim keçirilib.Mühafizə vasitələrindən istifadə normativləri qəbul edilmişdir.Məktəbdaxili hərbi-oyunun təşkili, manqalara baxış keçirilmişdir.II, V, VI siniflərdə fövqaladə hallar və davranış qaydaları, mülki müdafiə, onun məqsədi və əsas vəzifələri, kollektiv mühafizə vasitələri mövzularında “açıq dərs”lər keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi