Məktəb-liseydə “Xocalı Soyqırımı”na həsr edilmiş tədbir keçirilib

Bakı şəhəri 261 nömrəli məktəb-liseydə Xocalı Soyqırımının 26-cı il dönümünə həsr edilmiş tədbir keçirilib.Məktəb-liseyin direktor müavini Svetlana Quliyeva çıxış edərək Azərbaycan xalqının 200 il ərzində erməni millətçi-şovinistlərinin etnik təmizləməsindən, soyqırımı siyasətinə məruz qalmasından danışmış,Xocalı faciəsinin-XX əsrin ən dəhşətli hadisələrindən birinə çevrilməsindən ürəkağrısı ilə bəhs etmişdir.Tədbirdə məktəb-liseyin yuxarı sinif şagirdləri,valideynlər,müəllimlər də iştirak etmişlər.Eləcə də Qarabağ qazisi Muxtar Aslan da qonaq qismində dəvət edilmişdir.Tədbirin əvvəlində Xocalı soyqırımının qurbanları,ümumən Qarabağ müharibəsinin şəhidləri bir dəqiqəlik sükutla yad edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi