Məktəbimizdə 21 Fevral Beynəlxalq Ana dili gününə həsr olunmuş tədbir keçirildi.

Məktəbimizdə 21 Fevral Beynəlxalq Ana dili gününə həsr olunmuş tədbir keçirildi.Tədbir dilimiz və onun zənginliyi barədə hazırlanmış ”slayd”ın göstərilməsi ilə başladı.Ulu öndərimiz Heydər Əliyevin və prezidentimiz İlham Əliyevin dil haqqında deyilmiş ibrətamiz fikirləri səsləndirildi.Sonra 10b sinif şagirdi Ağayev Kənan,8b sinif şagirdləri;Novruzova Emilya və Ramazanzadə Nigarın aparıcılığı ilə tədbir işini davam etdirdi.10b,10ç,8b,6d sinif şagirdlərinin Ana dilimiz haqqında söylədikləri şeirlər, hazırladıqları səhnəciklər, oxuduqları mahnılar tədbir iştirakçılarının alqışlarına səbəb oldu.Məktəbimizin direktor müavini Quliyeva Svetlana tədbiri hazırlayan müəllim və şagirdlərə öz təşəkkürünü bildirdi.Azərbaycan dilinin Beynəlxalq dillər içərisində öz yeri olmasından danışdı.Tədbir ənənəvi olaraq 261 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimləri Zeynalova Rahilə və Heydərova Zenfira tərəfindən hazırlanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi