Şəhid qəhrəmanımızın anım gününə həsr olunmuş tədbir keçirilib

Xətai rayonunda yerləşən 261 nömrəli məktəb-lisey şəhid-qəhrəman İlham Məmmədovun adını daşıyır.Ənənəvi olaraq hər il fevral ayında qəhrəmanımızın anım günü keçirilir.Bu gün də həmin günlərdən biridir.Bu münasibətlə məktəb-liseydə tədbir keçirilmişdir.Tədbiri məktəb-liseyin ibtidai sinif müəllimi Cəfərova Ziyafət hazırlayıb.Tədbirdə İlhamın atası Niyazi Məmmədov, bacısı Məmmədova Mehriban, Veteranlar şurasının sədr müavini, Qarabağ qazisi, şair Muxtar Aslan iştirak etmişdir.Yaşasa idi, 45 yaşı tamam olardı İlhamın. Yenə də İlhamsız ona ad gününü keçirdik. Axı İlham fevral ayının 19-da dünyaya göz açmışdı.Bu dəfəki tədbir “Ya Qarabağ, ya ölüm” adı altında keçirildi. İlham Niyazi oğlu Məmmədov 19 fevral 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1980-ci ildə 12 saylı məktəbin 1-ci sinfinə getmiş, 1983-cü ildə 261 nömrəli məktəbin 3-cü sinfinə gəlmiş və adını daşıdığı həmin məktəbdə də təhsilini başa vurmuşdu.1992-ci ildə Azərbaycan Silahlı Qüvvələrin sırasında xidmət etmişdir.O Azərbaycan torpaqlarının müdafiəsi uğrunda rəhbərlik etdiyi dəstəsi ilə rəşadətlə döyüşmüşdür. Onun son döyüşü Tərtərdə olmuşdu. Komandir kimi həmişə öndə olan İlham neçə-neçə əsgərini düşmən gülləsindən qoruyaraq qəhrəmancasına həlak oldu.Cismən ölsə də, ruhən hamımızın-xalqın, müəllimlərinin, dostlarının, onu tanıyanların qəlbində əbədi yaşardır.Tədbirin sonunda Niyazi Məmmədov məktəb rəhbərliyinə öz dərin minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi