"Dünya azərbaycanlılarının ümummilli liderin,qüdrətli dövlət xadimi Heydər Əliyevin şərəfli ömür yolu nəsillərə nümunədir" mövzusunda keçirilən elmi- praktik konfrans

Xətai rayonu 261 №-li məktəb-liseydə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Dünya azərbaycanlılarının ümummilli liderin,qüdrətli dövlət xadimi Heydər Əliyevin şərəfli ömür yolu nəsillərə nümunədir" mövzusunda elmi- praktik konfrans keçirilmişdir.Konfransı məktəb-liseyin direktoru A.H.Əsədov açaraq "Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir." mövzusunda geniş məlumat verilmişdir.Tədbirdə "Azərbaycan Nəşriyyatı H.İ.K-in sədri Rauf Cəfərov,BŞTİ-nin metod mərkəzi,Xətai-Suraxanı metodik bölməsinin müdiri Firduz Əhmədov,tarix üzrə metodisti Gülsüm xanım iştirak etmişlər.Konfransda Bakı Dövlət Universitetinin doktorantı İslamova Zəhra " Heydər Əliyev Azərbaycan dövlətçiliyinin və azərbaycançılıq ideologiyasının banisidir." mövzusunda çıxış etmişdir."Sizinləyik ulu öndər" inşa müsabiqəsində I yer tutmuş X sinif şagirdi Eyvazzadə Nigar Adil qızıının təqdim etdiyi inşa zalda iştirak edənlərin marağına səbəb olmuşdur.Konfransda məktəb-liseyin ədəbiyyat müəllimi İlahə Süleymalı "Müasir Azərbaycanın qurucusu-əbədi ümummilli lider" başlığı altında çıxış etmişlər.Məktəb-liseyin VIII sinif şagirdi Rzayeva Səma Ramiz qızı Zəlimxan Yaqubun "Bir dahi doğulub gəldi dünyaya" şeiri ilə çıxış etmişdir.IV sinif şagirdləri ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər söyləmişlər.Tədbirin sonunda ümummilli lider Heydər Əliyevə həsr olunmuş film nümayiş edilmişdir...
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi