20 Yanvar “Ümumxalq hüzn günü” ilə əlaqədar tədbir keçirilmişdir

19 yanvar tarixində məktəb-liseydə 20 Yanvar “Ümumxalq hüzn günü” ilə əlaqədar tədbir keçirilmişdir.Məktəblərdə vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltməkdən ibarətdir.Tədbir çərçivəsində məktəblilərə Azərbaycanın tarixi, eləcə də, ermənilər tərəfindən torpaqlarımızın işğal edilməsi və xalqımızın başına gətirilən müsibətlər haqqında ətraflı məlumat verilmişdir.Eyni zamanda, dövlətimizin getdikcə gücləndiyi və işğal altındakı ərazilərimizin geri qaytarılacağı diqqətə çatdırılıb.Tədbirlərdə vətənpərvərlik mövzusunda lentə alınmış filmlər nümayiş olunub, məktəblilər tərəfindən ədəbi-bədii kompozisiyalar təqdim edilir.Onu da qeyd edək ki, yanvarın 19-da məktəb-liseydə ilk dərslər ənənəvi olaraq, 20 Yanvar mövzusuna həsr olunub. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi