Dahi Bülbülə həsr olunmuş yaradıcılıq gecəsi

18 dekabrda məktəb-liseydə Şərqdə professional vokal musiqi sənətinin banisi, Xalq artisti, Azərbaycan xalq musiqisinin tədqiqatçısı, “Stalin“ və “Haribaldi “ mükafatları laureatı, ictimai xadim dahi Bülbülün 120 illik yubileyi münasaibəti ilə musiqili gecə keçirildi. Məktəbin musiqi və ədəbiyyat müəllimləri – Şəhla Əliyeva və İlahə Süleymanlı Bülbül şəxsiyyətinə dərin hörmət və rəğbətlərini ifadə etdikdən sonra tədbiri açıq elan etdilər. Məktəb müdiriyyətinin, müəllim və şagird heyətinin, həmçinin valideynlərin də iştirak etdiyi tədbirə Süleyman Ələsgərov adına 1 nömrəli Musiqi-incəsənət  məktəbinin muğam şöbəsinin müəllimi Arif Əsgərov öz ansamblı ilə qonaq olmuş, Bülbül haqqında ürək sözlərini dilə gətirmişdir. İki saata yaxın davam edən tədbirdə məktəb şagirdlərinin ifasında Bülbülün repertuarına daxil olan xalq mahnıları, muğamlar və klassik musiqilər səsləndirildi, ədəbi- bədii kompazisiyalar nümayiş etdirildi. Bülbülün həyat və fəaliyyətini işıqlandıran çarx, Ümummilli liderimiz Heydər Əliyevin, eləcə də onun layiqli davamçısı İlham Əliyevin bu dahi şəxsiyyət haqqında dəyərli fikirlərini əks etdirən videolent, həmçinin tədbir öncəsi şagird və müəllim kollektivinin Bülbül adına Memorial Muzeydə xatirə olaraq  çəkdirdiyi şəkillərdən ibarət slayd yubiley gecəsinin maraqlı təqdimatlarından idi.Sonda məktəb-liseyin direktoru Abuzər Əsədov çıxış edərək Bülbül haqqında öz fikirlərini ifadə etdi, yüksək səviyyədə təşkil olunmuş tədbirə görə həm təşkilatçıları, həm də iştirakçıları - şagirdləri alqışladı, onlara uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi