Məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Süleymanlı İlahə dərs dediyi səkkizinci sinif şagirdləri ilə birlikdə“Qiraətçi” proqramının qonağı olmuşdur

16 noyabr 2017-ci il tarixində 261 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Süleymanlı İlahə dərs dediyi səkkizinci sinif şagirdləri ilə birlikdə Təhsil TV-nin və Günəş ARB-nin birgə layihəsi olan “Qiraətçi” proqramının qonağı olmuşdur.Verilişin aparıcısı Gülnarə İlhamın dəvəti ilə reallaşan proqramda hind xalqının folkloruna məxsus,Şərq xalqları tərəfindən sevilən, nəsihətlərlə zəngin olan “Kəlilə və Dimnə” əsərinin müzakirəsi təşkil edilmişdir.“Azərkitab” kitab evində aparılan çəkilişdə şagirdlər əsərin ideya-məzmun xüsusiyyətlərini işıqlandırmış,həm müəllimləri,həm də teleaparıcı tərəfindən verilmiş sualları sərbəst səkildə cavablandırmışlar“Kəlilə və Dİmnə”dən ibrətamiz kəlamlar göstərməklə,maraqlı fikirlər söyləməklə məktəblilər mütaliəyə sevgilərini,qiraətə həvəs göstərdiklərini ifadə etmişlər.

Verilişə dəvət olunduqlarına və müzakirənin yüksək səviyyədə təşkilinə görə İlahə müəllimə məktəb müdiriyyəti tərəfindən Təhsil TV-yə və Gülnarə xanıma dərin təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, bu cür təbliğat yönümlü verilişlər şagirdlərdə ədəbiyyata,qiraətə marağı daha da artırır,onlarda təfəkkürü,düşüncəni dərinləşdirir,nitq vərdişlərinin inkişafina xüsusi ilə kömək edir.Çəkilişdən zəngin təəssüratlarla ayrılan şagirdlər gələcək layihələrdə də iştirak etmək arzularıni dilə gətirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi