“İSLAM HƏMRƏYLİYİ İLİ” mövzusunda tədbir keçirilib

1 dekabr 2017-ci il tarixdə 261 nömrəli məktəb-liseydə Xətai rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı Şəhər şöbəsi ilə birlikdə “İslam Həmrəyliyi ili”nə həsr edilmiş tədbir keçirilib. Tədbiri giriş sözü ilə məktəb-liseyin direktoru Abuzər Əsədov açaraq “İslam Həmrəyliyi ili”nin əhəmiyyətindən danışdı. Tədbirdə Xətai rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi-humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd İbrahimov, Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin əməkdaşı Vasif Musayev və həmin şöbənin məsləhətçisi Fidan Aslanova çıxış edərək “İslam Həmrəyliyi ili” ilə əlaqədar keçirilmiş tədbirlərdən danışdı.Sonda “Şəhadət” filmi nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi