Qızıl medala layiq görülən məzunumuz...

2016-2017-ci tədris ilinin 11A sinif şagirdi-məzun Eyvazzadə Nigar Adil qızı oxuduğu müddətdə özünü nümunəvi şagird kimi göstərmiş, bütün fənlərdən əla qiymətlər almaqla yanaşı məktəbin bütün tədbirlərində , müsabiqələrində, intelektual oyunlarında iştirakına görə digər şagirdlərdən fərqlənmişdir.O, dəfələrlə müxtəlif rayon(şəhər), ölkə səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə nailiyyətlər qazanmış, respublika fənn olimpiadalarının iştirakçısı olmuş və Azərbaycan Respublikasının Təhsil Naziri tərəfindən 25.05.2017-ci il tarixində “Coğrafiya” fənni üzrə “Respublika fənn olimpiadalarinin qalibi” kimi ikinci yerə layiq görülmüş və “Gümüş medal”la təltif edilmişdir.Nigar Eyvazzadə Təhsil Nazirliyi tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasdının 94-cü ildönümü ilə əlaqədar keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsində üçüncü yeri tutmuşdur.O, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda keçirilən inşa yazı müsabiqəsində birinci yeri, Təhsil Nazirliyi tərəfindən keçirilən “Məktəblərarası fənn müsabiqəsi”ndə “Fizika ” fənni üzrə üçüncü yeri tutmuşdur.Eyvazzadə Nigar Adil qızı məktəb-liseydə təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər nümunəvi davranışı ilə fərqləndiyinə görə qızıl medala layiq görülmüşdür.Ona xüsusi nümunəli attestat və”Qızıl medal”məktəb rəhbərliyi tərəfindən təntənəli surətdə təqdim edilmişdir.Eyvazzadə Nigar Adil qızına qəbul imtahanlarında 655 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakültəsinə daxil olmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi