Məktəb-liseydə“Biz artıq böyümüşük” adlı bayram tədbiri keçirilmişdir.

1 İyun -Uşaqları Beynəlxalq Müdafiəsi Günü 261 nömrəli məktəb-liseydə bayram tədbiri keçirildi.“Biz artıq böyümüşük” adlı konsert proqramındaTəlimə Dəstək Mərkəzinin direktoru Samirə Bəktaşi,“Heydərçi Gənclər“təşkilatının sədri Nailə xanım,sədr müavini Sarabəyim xanım,Xətai rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Mamed Rzayev iştirak etdilər.Tədbiri giriş sözü ilə açan məktəb- liseyin direktoru Abuzər Əsədov çıxış edərək qeyd etdi ki, ümummilli lider Heydər Əliyev uşaqlara təkcə sevgi və qayğı ilə yanaşmır, həm də onların sağlam gələcəyinə möhtəşəm töhfələr verirdi. Bu gün də Prezident İlham Əliyevin Azərbaycan hökuməti qarşısında qoyduğu ən aktual vəzifələrdən biri uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması, uşaqların yüksək qayğı ilə əhatə olunması,hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır.Tədbir çərçivəsində 4d sinif şagirdlərin hazirladıqları rəngarəng səhnəciklər, pantomim tamaşa və ifa olunan musiqilər tədbirdə iştirak edən qonaqlarda yüksək əhval- ruhiyyə yaratdı. Sonda tədbiri təşkil edən 4d sinif rəhbəri Mansurova Aytən uşaqların bayramına təbrikə gələn qonaqlara öz minnətdarlığını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi