"ALPLOGO -2017" PROQRAMLAŞDIRMA OLİMPİADASI

14 may 2017-ci il tarixində məktəb şagirdləri arasında ALPLogo proqramlaşdırma olimpiadası keçirilmişdir. Qaliblərin mükafatlandırılması mərasimi 3 iyun 2017 ci il tarixində Bakı Modern Təhsil Kompleksinin akt zalında keçirildi. Bakı Modern Təhsil Kompleksində baş tutan tədbirdə Təhsil Nazirliyi işçisi Fuad Qarayev, Bakı Dövlət Universitetinin professoru, informatika dərsliyinin müəllifi Ramin Mahmudzadə , informatika dərsliyinin müəllifləri İsmayıl Sadıqov, Naida İsayeva, Step İT Akademy-nin rəsmiləri iştirak edib. Məktəb-liseyin 7D sinif şagirdi Quliyev Əli (III yer) "ALPLogo - 2017" mühitində proqramlaşdırma olimpiadasının Respublika turunun qalibi olmuş, diplom, medal və hədiyyələrlə təltif olunmuşdur.Quliyev Əlini ürəkdən təbrik edir və ona yeni uğurlar diləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi