Fizika fənnindən “ Aero-və Hidrostatika” mövzusunda elmi-ədəbi gecə keçirilmişdir.

12 aprel tarixində 261 nömrəli məktəb-liseydə məktəbin fizika müəlliməsi İlyasova Rənanın rəhbərliyi ilə“Kosmonavtika Günü”nə həsr olunmuş“ Aero-və Hidrostatika” mövzusunda elmi-ədəbi gecə keçirilmişdir.Gecədə məktəb rəhbəri, qonaqlar, qonşu məktəbin fizika müəllimləri iştirak ediblər.Gecənin ssenarisi VIId sinif şagirdi Nigar Ramazanzadə və Nazənin Əhmədova tərəfindən hazırlanmışdır. VIIa,b,c,ç,d siniflərinin şagirdləri gecədə çox fəal iştirak etdilər. Şagirdlər gecəyə “Fənlərin mübahisəsi” ilə başladılar. Bu səhnə Hidayətli Nurayın rəhbərliyi altında həyata keçirildi. Şagirdlər sözləri VIId sinif şagirdi Nəcəfli Selcana aid olan fizika haqqında mahnılar da oxudular. Gecədə bəzi fiziki hadisə və qanunların kəşfi tarixindən danışıldı. Səhnəciklər göstərildi, təcrübələr nümayiş etdirildi.Fiziki təcrübələr VIId sinif şagirdləri Quliyev Əli,Ramazanzadə Nigar,Novruzova Emilya tərəfindən hazırlandı.Gecənin məzmunu fizikanın məişət, texnika və istehsalatın müxtəlif sahələri ilə əlaqəsini əks etdirirdi.Şagirdlərin müstəqil yaradıcılıq fəaliyyəti sayəsində səhnəcik- lər və rollar müəyyənləşdirilmişdir. Hər səhnəcikdən sonra zalda əyləşən şagirdlərə mövzuya aid suallar verilirdi. Şagirdlər bu suallara həvəslə cavab verirdilər.Elmi yarışda iştirak edən şagirdlərin fəaliyyəti münsiflər heyəti tərəfindən qiymətləndirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi