Oxu günü

29.04.2017-ci il tarixində Heydər Əliyev Mərkəzinin qarşısında yerləşən parkda açıq havada Bakı Şəhər Təhsil İdarəsinin və Heydər Əliyev Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində “Oxu günü 3” tədbiri keçirildi. Oxu gününün qeyd olunmasında əsas məqsəd şagirdlərdə mütaliəyə marağı artırmaq, oxu vərdişlərinin inkişaf etdirilməsinə və kitabların onların gündəlik həyatlarına daxil edilməsinə nail olmaq idi. 261 nömrəli məktəb- lisey də “Oxu günü 3” tədbirində təqdimatçı məktəb olaraq seçilənlər sırasında idi. Tədbir çərçivəsində məktəb-lisey həyata keçirməli olduqları tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Belə ki, tədbirin məqsəd və məramına uyğun olaraq aforizm lövhəcikləri hazırlanmış, şair-tərcüməçi Əhməd Cavadın obrazı yaradılmış, müəllifin “Səsli qız” poemasından səhnəcik nümayiş etdirilmişdir. Səhnəcik Əhməd Cavadın şeirinə yazılmış musiqi ifası ilə yekunlaşdı. Yuxarı sinif şagirdlərinin təqdimatı maraqla izlənərək alqışlandı.Tədbirdə məktəbin direktoru Abuzər Əsədov, müəllim heyəti: Rahilə Qasımova, İlahə Süleymanlı, Rahilə Zeynalova iştirak edərək şagirdlərə dəstək oldular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi