Abşeron Milli Parkında ilk məktəblillər

Bu gün,yəni 8b sinfi hamımız birlikdə görüşdük və bir gəzintiyə çıxdıq.Bu gəzinti bizim Coğrafiyadan keçdiyimiz son dərslər üçün,sanki bir aydınlaşdırma oldu.Şəhərdən uzaqlaşdıqca yolun ətrafındakı yaşıllıqlar azalır və yarım-səhra,çöl landşaftı aydın gözə çarpmağa başlayırdı.Nəhayət bir saat sonra mənzil başına çatdıq.Milli Parkın direktoru Etibar müəllim bizi girişdə qarşılaşdığımız Park xəritəsi ilə tanış etdi,bizə maraqlı məlumatlar verdi.Gəzə-gəzə Azərbaycan Respublikasının ən ucqar nöqtəsi olan Şah dili(Suiti burnuna) çatdıq.Etibar müəllim dayandığımız nöqtədən bizə qonşu olan ölkələrin bizdən hansı istiqamətdə olduqlarını izah etdi.Direktorun sözlərinə görə”Biz son illərdə Abşeron Milli Parkına gedən ilk məktəblilər idik.”Bu,bizim üçün sevindirici oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi