18 Sentyabr - Milli Musiqi Gününə həsr olunmuş təşkilat saatı keçirilib

Məktəb -liseyin ibtidai sinif müəllimi Qənirə Şahbazovanın rəhbərliyi ilə 3c sinfində 18 Sentyabr - Milli Musiqi Gününə həsr olunmuş təşkilat saatı keçirilib.Sinif rəhbəri Qənirə Şahbazova bu günün mahiyyəti, Şərqdə ilk opera yazaraq Azərbaycanın adını tarixə yazan böyük bəstəkar Üzeyr Hacıbəylinin doğum günü və Azərbaycan musiqisinin zəngin irsi haqqında məlumat verib.Şagirdlər mövzuya aid topladıqları faktları yoldaşları ilə bölüşüblər. Müxtəlif musiqi alətləri ilə tanış olub, onların səsini əyani şəkildə dinləyiblər.Məqsəd şagirdlərdə milli musiqiyə maraq və sevgi oyatmaq olub .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi