Novruz bayramının hesabatı

17 mart 2017-ci ildə Bakı şəhəri Xətai rayonu 261 nömrəli məktəb-liseydə xalqımızın əziz bayramı Novruza həsr olunmuş“ Xoş gəlmisən Novruzum adlı”ədəbi-bədii tədbir keçirilib.Məktəbin 2 A sinfinin təşkil etdiyi tədbiri giriş sözü ilə açan məktəbin İbtidai siniflər üzrə Direktor Müavini K.Quliyeva qonaqları və tədbirin digər iştirakçılarını salamlayıb və bayram münasibəti ilə onları təbrik edib.Novruz bayramının xalqımızın həyatındakı rolundan danışan direktor müavini bildirib ki, hər gəlişi elimizə,obamıza sevinc gətirən bu müqəddəs bayramımız xalqımızın milli sərvətidir.Tədbirdə milli paltar geyinmiş balaca iştirakçılar bahari və Novruz bayramını tərənnüm edən şeirlər söyləyiblər. Novruz haqqında ifa olunan mahnıların sədaları altında rəqslər ifa olunub. Novruz atributları olan Kosa,Keçəl və Bahar qızını iştirakı ilə səhnəciklər göstəriblər. Balacaların ifasında səsləndirilən Novruz sınamaları, haxışdalar,pəhləvanların çıxışı tədbiri izləyənlər tərəfindən böyük maraq və alqışla qarşılanlb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi