Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığına həsr olunmuş tədbir keçirilmişdir

16 mart 2017-ci il tarixində məktəb-liseydə ədəbiyyat dərnəkləri tərəfindən Şərq poeziyasının incilərindən sayılan Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirə dəvət olunan qonaqlar:Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri,şair və yazıçı Sayman Aruz,Şəhriyar irsinin tədqiqatçısı,eləcə də naşiri prof.Elman Quliyev və başqaları çıxış edərək öz ürək sözlərini dilə gətirmiş,tədbirdən məmnun qaldıqlarını bildirmişlər.Məktəb-liseyin direktoru A.H.Əsədov,tədbir təşkiltçıları:Rahilə Qasımova və İlahə Süleymanlı,həmçinin ədəbiyyat müəllimi Rəhilə Zeynalova Azad Azərbaycan Televiziyasına müsahibə verərək yeni nəslin tərbiyəsində,onlarda milli ideologiyanın inkişafında “Heydərbaba şairi” Şəhriyarın poeziyasına müraciət etməyin mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışlar.Tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi