“Milli Azərbaycan Tarixi Muzeyi”-nə ekskursiya

261 nömrəli məktəb-lisey 2016/2017 ci tədris ilinin fevral ayı Bakı şəhəri üzrə ümumtəhsil məktəblərində “Mədəniyyət və incəsənət, Azərbaycan tarixi və etnoqrafiyası” mövzusu ətrafında müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsi planlaşdırılmışdır.Həm bu səbəbdən, həm də daima Azərbaycanın tarixinin, incəsənətinin və mədəniyyətinin daha qədim və unudulmaz olduğunu şagirdlərə aşılamaq ənənəsinə sadiq qaldığımızı diqqətə çatdırmaq məqsədi ilə məktəbimizin ibtidai sinif müəllimləri Hüseynova Nəcibə və Hümbətova Sevil tarixi abidələrdən biri olan “Milli Azərbaycan Tarixi Muzeyi”-nə ekskursiya təşkil etdilər.Muzeydə şagirdlər Azərbaycan tarixinin ən qədim dövrlərindən XX əsrin 20-ci illərinədək inkişafını əks etdirən ekspozisiyalarla tanış oldular. Həmin dövrün insanlarının həyatı və məişəti ilə bağlı maraqlı məlumatlar əldə etdilər.Şagirdlər öyrəndilər ki, “Milli Azərbaycan Tarixi Muzeyi”-nin yerləşdiyi bina 1895/1901-ci illərdə məşhur sahibkar, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin və ailəsinin yaşayış evi olub.Muzeydə tanışlıq şagirdlərdə bir daha belə bir fikir formalaşdırdı ki, bəşər mədəniyyətinin ən qədim mərkəzlərindən olan Azərbaycan ərazisi müxtəlif dövrlərə aid olan arxeoloji abidələrlə zəngindir.Şagirdlərin nəzərinə bir daha çatdırıldı ki, Vətənimizin tarixini əks etdirən bu abidələr haqqında öyrənmək onları qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi