“Mədəniyyət və incəsənət Azərbaycanın tarixi və etnoqrafiyası “ mövzusunda tədbirlər planına uyğun olaraq 261 nömrəli məktəb-liseydə müxtəlif əl işlərinin sərgisi təşkil edilmişdir.

“Mədəniyyət və incəsənət Azərbaycanın tarixi və etnoqrafiyası “ mövzusunda tədbirlər planına uyğun olaraq 261 nömrəli məktəb-liseydə ibtidai sinif şagirdlərinin texnologiya və təsviri incəsənət fənləri üzrə hazırlıqları müxtəlif əl işlərinin sərgisi təşkil edilmişdir.Müxtəlif kağız məmulatlarından,şüşə,muncuq və daşlardan,rəngli saplardan hazırlanmış rəngarəng əşyalar,rəsm əsərləri,portretlər və s. Sərgi iştirakçılarının böyük marağına səbəb olmuş,onlarda xoş təəssüratlar yaratmışdır.Kiçik yaşlıların bacarıq və istedadının üzə çıxarılması və inkşafı,həmçinin yayılması istiqamətində məktəb müdriyyəti tərəfindən yaradılan şərait təqdirəlayiqdir.Şagirdlərdə erkən yaşlardan etibarən yaradıcı işə,əməyə olan həvəs və qabiliyyətin yüksəldilməsi,bədii estetik zövqün formalaşdırılması,onlara milli-mənəvi dəyərlərimizin aşılanması məqsədilə atılan bu addım valideynlər tərəfindən də dəstəklənir.Məktəb-lisey belə şagirdlərin tez-tez keçirilməsini zəruri sayır və bu istiqamətdə müxtəlif tədbirləri keçirmək niyyətindədir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi